Modern.az

Ağaxan Abdullayevin polkovnik oğlu işdən çıxarıldı

Ağaxan Abdullayevin polkovnik oğlu işdən çıxarıldı

12 Oktyabr 2023, 13:24

Xalq artisti, “Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az Bakupost.az-a istinadən xəbər verir ki, o, işdə verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib.

 

Gömrük polkovniki rütbəsini daşıyan X. Abdullayev uzun müddət DGK-nın baş inspektoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Xoşbəxt Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.

 

Xatırladaq ki, Ağaxan Abdullayev 2016-cı ilin dekabrın 25-də dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?