Modern.az

Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən müraciət qəbul etdilər - FOTO

Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən müraciət qəbul etdilər - FOTO

Parlament

12 Oktyabr 2023, 13:46

Ukrayna Ali Radasının deputatları Azərbaycanın Qarabağ bölgəsində uğurlu lokal antiterror tədbirlərini və orada aparılan reinteqrasiya prosesini dəstəkləyən bəyanatla çıxış ediblər.

 

Modern.az xəbər verir ki, bəyanatda Qarabağda separatçılar təslim olduqdan sonra Azərbaycana qarşı onu gözdən salmaq məqsədilə mediada qarayaxma kampaniyası başladılıb. Erməni diasporunun radikal ünsürləri və bəzi beynəlxalq KİV-lər nifrət təbliğatını artırır və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırışlar edirlər.

 

“Biz bunu qəbuledilməz hesab edirik. Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisində tədbirlər görürdü. Qarabağ ərazisində silahlı birləşmələr təslim olduqdan sonra separatçılar tərəfindən qanunsuz gətirilən xeyli silah-sursat və ağır hərbi texnika aşkar edilib.

 

Qarabağın erməni əhalisinin Ermənistan ərazisinə köçürülməsi zorakı xarakter daşımır, bunu oktyabrın 1-də Qarabağa gələn BMT missiyası və ABŞ Dövlət Departamentinin nümayəndəsi Miller də təsdiqləyib”, - deyə bəyanatda bildirilir.

1287465

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI