Modern.az

Kürdəmirdə körpə uşaq su maşınının altında qalaraq öldü

Kürdəmirdə körpə uşaq su maşınının altında qalaraq öldü

Hadisə

12 Oktyabr 2023, 16:52

Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

 

Belə ki, həyətyanı sahəyə içməli su gətirən "QAZ-53" markalı su maşınının sürücüsü İsgəndərov Sahib Sabir oğlu avtomobili geriyə verərkən ehtiyyatsızllq edib və 2022-ci il təvəllüdlü Bəkirov Uğur Semral oğlunun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu