Modern.az

Bakıda itkin düşən ana və uşaqları tapıldı

Bakıda itkin düşən ana və uşaqları tapıldı

13 Oktyabr 2023, 09:00

Bakıda itkin düşən ana və uşaqları tapılıb.

 

Modern.az-ın xəbərinə görə, Qızxanım Salamzadə və övladları - 2010-cu il təvəllüdlü Səadət Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Salamzadə və 2004-cü il təvəllüdlü Əbil Salamzadə tapılaraq ailə üzvlərinə təhvil verilib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, Q.Salamzadə və övladları oktyabrın 10-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yaşadıqları evdən çıxaraq itkin düşmüşdülər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?