Modern.az

Tramp Netanyahunun istefasını istəyir

Tramp Netanyahunun istefasını istəyir

Dünya

13 Oktyabr 2023, 12:06

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları ilə telefon danışığı zamanı bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun istefasını istəyir.


Modern.az xəbər verir ki, bu barədə  "Rolling Stone" jurnalı məlumat yayıb.


Nəşrin yazdığına görə, Donald Tramp Fələstin-İsrail münaqişəsindən 2020-ci ildə keçiriləcək prezident seçkilərini ləğv etmək cəhdində Amerika prezidentini dəstəkləməkdən imtina etdiyinə görə İsrailin baş nazirini “qisas almaq” üçün istifadə edir.


Mənbələr bildiriblər ki, Donald Tramp Respublikaçılar Partiyasının İsrailyönlü müttəfiqləri və yenidən seçiləcəyi təqdirdə İsrail-Fələstin məsələlərini necə həll edəcəyini bilmək istəyən tərəflərlə söhbət edib.


Onların sözlərinə görə, Donald Tramp prezident kimi Fələstinə bütün yardımları dayandırmağı, həmçinin Fələstinin HƏMAS hərəkatının yaraqlılarını daha sonra ekstradisiya etmək üçün ələ keçirməyi planlaşdırır.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir