Modern.az

Əks-hücum əməliyyatının gecikməsinin səbəbi budur - Podolyak açıqladı

Əks-hücum əməliyyatının gecikməsinin səbəbi budur - Podolyak açıqladı

Dünya

13 Oktyabr 2023, 12:16

Əks-hücum əməliyyatının qrafikindən geri qalması Qərb ölkələri ilə birbaşa əlaqəlidir.


Modern.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.


Aaparat rəhbərinin fikrincə, əks-hücum əməliyyatının gecikməsinin səbəbi Qərb tərəfdaşlarının silah tədarükünü gecikdirməsidir.


Bir gün əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna hərbçilərinin hərbi əməliyyatların aparılması qrafikindən geri qaldığını bildirmişdi.


“Budanov tamamilə haqlıdır. Əgər razılaşsaq və bir ay sonra lazım olan hər şeyi alsaq, bu bir hekayədir. Razılaşsanız və səkkiz ay sonra alsanız, bu, başqa bir hekayədir. Təbii ki, biz qrafikdən geri qaldıq”, - Mixail Podolyak qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir