Modern.az

Axtarışda olan şəxs təcridxananın qarşısında saxlanıldı

Axtarışda olan şəxs təcridxananın qarşısında saxlanıldı

13 Oktyabr 2023, 12:48

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq təcridxanasının qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

 

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsibdən məlumat verilib.

 

Qeyd olunub ki, Natiq Zeynalov Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?