Modern.az

“Tarixin Gəncə səhifəsi” tədbiri keçirilib - FOTOLAR

“Tarixin Gəncə səhifəsi” tədbiri keçirilib - FOTOLAR

13 Oktyabr 2023, 14:44

Oktyabrın 12-də Gəncə şəhərində Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi, 2 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzi və Gəncə şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tarixin Gəncə səhifəsi” adlı tədbir keçirilib.  

 

Modern.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələri və həlak olanların xatirəsini yad etməkdən ibarət olub.

 

Tədbir çərçivəsində məktəblilər terror törədilən məkana yürüş ediblər. Terror nəticəsində həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib, hadisə yerinə gül dəstələri qoyulub.

 

Tədbir zamanı 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə şəhəri Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri müxtəlif ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Eyni zamanda  uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü