Modern.az

Putin MDB liderlərini Moskvaya dəvət etdi

Putin MDB liderlərini Moskvaya dəvət etdi

Aktual

13 Oktyabr 2023, 15:30

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini 2024-cü il oktyabrın 8-də Moskvada keçirilməsi planlaşdırılan MDB sammitinə dəvət edib.

Modern.az-ın məlumatına görə, Putin bunu Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında deyib.
 

O qeyd edib ki, Rusiyanın MDB-yə sədrliyinin gərgin proqramına ümumilikdə 150-yə yaxın müxtəlif tədbir daxildir.

“Əsas tədbir əlbəttə ki, 2024-cü il oktyabrın 8-də Moskvada keçirməyi planlaşdırdığımız növbəti MDB sammiti olacaq. Və təbii ki, fürsətdən istifadə edərək, hamınızı orada iştirak etməyə dəvət etmək istərdim”, - deyə o, MDB-nin geniş tərkibdə keçirilən sammitində bildirib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular