“Şimali Kipr çətin coğrafiyada yerləşən və uzun zamandır mübarizəsini davam etdirən bir adadır”.
Modern.az xəbər verir ki, bunu Şimali Kipr Türk Prezidenti Ersin Tatar ADA-da keçirilən konfransda bildirib.
“Bizim Türkiyə ilə münasibətlərimiz yüksək səviyyədədir. Bu gün Şimali Kiprin mövcudluğuna zamin olan ölkə də Türkiyədir.
Bildirim ki, Yunan Kiprinin müstəqilliyi tanınıb və buradakı yunan vətəndaşlar heç bir sanksiyalara məruz qoyulmur. Amma Şimali Kiprdə məzlum türk xalqına illərdir sanksiya qoyulur”.