Modern.az

Millimiz səfərdə Estoniyanı məğlub etdi

Millimiz səfərdə Estoniyanı məğlub etdi

13 Oktyabr 2023, 22:18

Azərbaycanın futbol millisi “Avro-2024”ün seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, komandamız F qrupundakı beşinci matçında Estoniya millisinin qonağı olub.

 

Tallində yerləşən “Le Kok Arena”da baş tutan qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə ediblər.

 

Görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 9-cu dəqiqədə Toral Bayramov açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarını 4-də yüksəldən Azərbaycan yığması dördüncü pillədə qərarlaşıb. Bir xalı olan Estoniya millisi isə sonuncudur.

 

Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi