Azərbaycanda tarixi günləri yaşayırıq. İki gün əvvəl Azərbaycana gəlməyimizlə çox qonaqpərvərliklə qarşılandıq.
Modern.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar mətbuat konfransında bildirib.
“Təxminən 200 nəfərlik heyətlə qardaş Azərbaycandayıq. Burada bir neçə sahədə görüşlərimiz oldu. Biz eyni millətin övladlarıyıq. Bura gəlməmişdən qabaq cənab prezident İlham Əliyevlə görüşümüz oldu. Cənab Prezident bizi qəbul edərkən öz dəstəyini bildirib. Görüş zamanı mədəniyyət, turizm və s. sahələrdə əlaqələr də müzakirə olundu. Gələcək işbirlikləri üçün çalışmaların başlanması üçün müzakirələrimiz oldu.
Bir daha bildiririk ki, Türkiyə kimi Şimali Kipr də Qarabağ müharibəsində Azərbaycanın yanında olub. İndi şükürlər olsun ki, Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünya bilir. Bundan sonra düşünürəm ki, əlaqələrimiz daha da inkşaf edəcək. Çünki biz düşünürük ki, biz birlikdə güclüyük. Bizim heç kimin haqqında gözümüz yoxdur, haqqımız olanı almağa çalışırıq. Bizim burada verdiyimiz mesajları bütün soydaşlarımız, eyni zamanda qarşı tərəfdə dinləyir. Son olaraq Azərbaycan xalqına belə qonaqpərvərlik üçün təşəkkür edirəm”.