Modern.az

Məşhur rejissor və arvadı öldürülüb

Məşhur rejissor və arvadı öldürülüb

15 Oktyabr 2023, 17:36

Məşhur iranlı kinorejissor və ssenarist, Dariuş Mehrcui həyat yoldaşı Vəhidə Mohəmmədifər ilə birlikdə İranın şimalındalı evində ölü tapılıb.

Modern.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Dariuş Mehrcui ailəsi ilə Alborz vilayətində fərdi evdə yaşayırdı. Cəsədləri Mehrucu cütlüyünün qızı aşkar edib və dərhal polisə məlumat verib. Qurbanların cəsədlərində döyülmə və kəsik izləri aşkarlanıb.

Məhkəmə-tibb ekspertlərinin ilkin rəyinə görə, ər-arvad güclü zərbələrə məruz qalıblar, onlara kəsici alətlərlə xəsarətlər yetirilib və boğulma nəticəsində ölüblər. Kinorejissor və onun həyat yoldaşının ölüm səbəblərini dəqiq müəyyən etmək üçün əlavə ekspertizalar təyin edilib.

Artıq bütün şahidlər dindirilib.

İran hüquq-mühafizə orqanlarının sözçüsü Montazer Almahdi bildirib ki, “cinayətkar tezliklə tapılacaq və məhkəmə qarşısına çıxacaq”.

Dariuş Mehrcui iranlı kinorejissor, ssenarist, kinoprodüser, redaktor, İran İncəsənət Akademiyasının akademikidir. Kaliforniya Universitetinin teatr fakültəsində təhsil alıb, müəllimi məşhur fransız kinorejissoru Jan Renuar olub. O, həm də fəlsəfə diplomu alıb.
Tehran Universitetində jurnalist, xarici dillər və kino müəllimi işləyib.

O, Berlin Film Festivalında “Poçttal” filminə görə Beynəlxalq Yevangelist Münsiflər Heyəti Mükafatını və “İnək” filminə görə Beynəlxalq Katolik Film Mükafatını qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?