Modern.az

Milli Məclisə 2956 müraciət daxil olub

Milli Məclisə 2956 müraciət daxil olub

Parlament

27 Avqust 2013, 15:27

Modern.az-a açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, 2013-cü ilin birinci yarısında Milli Məclisə vətəndaşlardan 2956 təklif, ərizə və şikayət daxil olub. O, qeyd edib ki, parlamentin komitə sədrlərinin, aparat rəhbərinin, şöbə müdirlərinin qəbuluna yazılmış şəxslərin qəbulu aylıq cədvələ əsasən nəzərdə tutulmuş vaxtda keçirilib.
“Qəbulda vətəndaşlar dinlənilib və onların problemlərinin həlli istiqamətində müvafiq addımlar atılıb”.


Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...