Modern.az

İlham Əliyevin seçki platforması sentyabrın 16-da təqdim olunacaq

İlham Əliyevin seçki platforması sentyabrın 16-da təqdim olunacaq

Ölkə

27 Avqust 2013, 15:38

 

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi, hazırki dövlət başçısı İlham Əliyevin seçki şüarları tam hazırdır. Bunu Modern.az saytına açıqlamasında hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Hazırda seçkiyə hazırlığın davam etdiyini bildirən YAP rəsmisinin sözlərinə görə, sentyabrın 16-da İ.Əliyevin seçki platforması cəmiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyi MSK tərəfindən qeydə alınıb.

Anar RÜSTƏMOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi