Modern.az

Baydenin İsrailə səfəri müzakirə edilir

Baydenin İsrailə səfəri müzakirə edilir

Dünya

16 Oktyabr 2023, 13:45

ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Binyamin Netanyahunun dəvəti ilə yaxın gələcəkdə İsrailə səfəri müzakirə edilir. 


Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.


Belə ki, adının açıqlanmasını istəməyən mənbə bir sıra İsrail KİV-lərinin Netanyahunun bu yaxınlarda HƏMAS silahlılarının İsrailə hücumuna cavab tədbirləri ilə bağlı telefon danışığı zamanı Baydeni ölkəyə dəvət etməsi barədə məlumatı “Reuters”ə təsdiqləyib. 


Ağ Ev isə bu iddialara şərh verməkdən imtina edib. Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uatson yeni səyahətlə bağlı heç bir məlumatın olmadığını söyləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir