Modern.az

"Qızıl Xaç" 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlayıb

Aktual

17 Oktyabr 2023, 09:38

Bu ilin yanvar-iyun ayı ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə ilə bağlı 996 itkin düşmüş şəxsin ailəsi ilə əlaqə saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə məlumat verilib.

 

Bildirilib ki, həmin müddətdə 24 başçəkmə (11 saxlanma məntəqəsində) məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün həyata keçirilib. Eyni zamanda 13 Qızıl Xaç məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi