Modern.az

Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatıb - FAKTİKİ HAVA

Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatıb - FAKTİKİ HAVA

17 Oktyabr 2023, 13:23

Oktyabrın 17-si saat 13:00-a olan məlumata əsasən, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.

 

Bu barədə Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, küləyin maksimal sürəti arabir Naftalanda 30 m/s, Mingəçevirdə 26 m/s, Ağstafada 20 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 25-30 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən, dənizdə dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?