Modern.az

Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq

Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq

Qarabağ

17 Oktyabr 2023, 14:27

2023-cü ilin sonu, 2024-cü ilin I rübünə qədər Füzulinin ilk yaşayış məhəlləsində 849 ailə məskunlaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

 

O, Füzuli şəhəri günü münasibətilə füzuliləri təbrik edib: "Bu cür bayram tədbirlər ildən-ilə daha da möhtəşəm keçiriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu