Modern.az

“Açıq mikrofon”da qaz avadanlıqlarındakı nasazlıq müzakirə olundu - FOTOLAR

“Açıq mikrofon”da qaz avadanlıqlarındakı nasazlıq müzakirə olundu - FOTOLAR

Aktual

17 Oktyabr 2023, 17:24

Şəmkir rayonunun Bayramlı kəndində keçirilən aksiyada ümumilikdə 8 abonent qaz təchizatında üzləşdiyi problemlərdən söz açıb.

 

Modern.az xəbər verir ki, ünvanlanan 4 müraciət fərdi qaz tənzimləyicidəki nasazlıq haqqında olub ki, abonentlər yenisi ilə əvəzlənməsini istəyiblər. Şəmkir RQİİ-nin  məsul şəxsləri problemin yerində araşdırılacağını və yalnız bundan sonra qaz tənzimləyicinin yenisi ilə əvəzlənib-əvəzlənməyəcəyini bildiriblər.

 

Qalan digər 4 abonent müxtəlifyönümlü müraciətlər ünvanlayıblar ki, bunlar da bəzi hallarda qazın təzyiqinin zəif olması, qaz xəttində yaşanan sızma və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub.

 

“Açıq mikrofon”da qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı - FOTOLAR

“Açıq mikrofon”da qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı - FOTOLAR

“Açıq mikrofon”da qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı - FOTOLAR

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular