Modern.az

Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır

Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır

Aktual

17 Oktyabr 2023, 20:52

“Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli Şəhər Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda qeyd edib.

 

O xatırladıb ki, 2020-ci il oktyabrın 17-də Füzuli Ermənistanın 30 illik hərbi işğalından azad edilib.

 

“Keçmiş məcburi köçkünlər yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar isə məktəblərə gedirlər. Füzuli şəhərinin gənc sakinləri Füzuli Şəhəri Gününü - 17 oktyabr 2020-ci ildə Füzulinin Ermənistanın işğalından azad edilməsini gözəl konsert proqramı ilə qeyd edirlər. Diplomatik nümayəndələrlə biz də onlara qoşulmaqdan məmnunuq”, - o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular