Modern.az

Bakıda yağış, rayonlara dolu və qar yağacaq - Sabahın havası

Bakıda yağış, rayonlara dolu və qar yağacaq - Sabahın havası

Ölkə

18 Oktyabr 2023, 12:12

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gündüz yağışda fasilə olacaq.

 

Cənub-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa qalxacaq. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama