Modern.az

Pentaqon İsrail sahillərinə 4000 hərbçi göndərəcək 

Pentaqon İsrail sahillərinə 4000 hərbçi göndərəcək 

18 Oktyabr 2023, 12:24

Pentaqon İsrail sahillərinə 4000 dənizçi və dəniz piyadasından ibarət desant qüvvələri göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Washington Post" nəşri məlumat yayıb.

 

Məlumata görə, onlar Qəzza zolağı ilə İsrail arasında münaqişənin şiddətlənəcəyi təqdirdə hərbi gəmilərə yerləşdiriləcək.

 

Gəmilərdə yerləşdiriləcək qrupun tərkibində dəniz piyadalarının 26-cı ekspedisiya bölməsi olacaq. Bu dəniz piyadaları bəzi xüsusi əməliyyatlar da daxil olmaqla geniş spektrli tapşırıqları yerinə yetirməyə hazırdırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı