Modern.az

Füzulidə inzibati binanın inşası üçün 12 hektar torpaq sahəsi ayrılıb

Füzulidə inzibati binanın inşası üçün 12 hektar torpaq sahəsi ayrılıb

18 Oktyabr 2023, 12:40

Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli şəhərində təməlini qoyduğu inzibati binanın inşası üçün şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb.

 

Modern.az xəbər verir ki, bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib.

 

O qeyd edib ki, inzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular