Modern.az

Azərbaycanda 700 milyondan çox zərərli keçid bloklanıb

Azərbaycanda 700 milyondan çox zərərli keçid bloklanıb

18 Oktyabr 2023, 11:14

Bu ilin yanvar-sentyabr aylarında dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə "AzstateNet" dövlət şəbəkəsində 709 milyon 735 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 4 milyon 602 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb.

 

Modern.az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

 

Bundan başqa, məlumata görə, 9 ayda 56,5 min virus tərkibli sənəd xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanıb, onların dövlət qurumlarına göndərilməsinin qarşısının alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular