Modern.az

Xaçatryanın məhkəməsində gərgin anlar: Yunis kişini güllələyən kim idi...

Xaçatryanın məhkəməsində gərgin anlar: Yunis kişini güllələyən kim idi...

18 Oktyabr 2023, 12:56

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində növbəti zərərçəkən ifadə verib.

 

Modern.az xəbər verir ki, Meşəli hadisələri zamanı əsir düşmüş Mikayıl Nurməmmədov Xaçatryanın törətdiyi əməlləri dilə gətirib:

 

- Yunis kişini qoyun otaranda güllələyən kim idi? Sən de görüm kim idi? Bilmirsən? Kənd bilir. Sən məndən də yaxşı bilirsən. Rəhmətlik Miryusif kişi kimi mərd, qoçaq adamı kim güllələdi?

 

- Onu milis işçisi olan Alik vurdu.

 

- Bəs təcili yardım maşınında Ravili güllələyib yaralayan kim idi?

 

- Bilmirəm.

 

- Yalan danışırsan. Bəs Rəcəb müəllimin "Moskviç" avtomobilini böyük kütlə ilə kim yandırdı? Sən bilmirsən?

 

- Yox.

 

- Sən nə alçaq adamsan.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular