Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya iki günlük səfər edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, səfər zamanı Lavrovun Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui ilə danışıqlar aparması planlaşdırılır.
Lavrovun bu ölkəyə gedişi Şimali Koreya lideri Kim Çen Inın Uzaq Şərqə səfərindən və “Vostochnı” kosmodromunda Rusiya prezidenti Vladimir Putinlə görüşündən bir neçə həftə sonraya təsadüf edir.
Lavrov sonuncu dəfə Şimali Koreyaya 2018-ci ilin may ayının sonunda səfər edib.