Modern.az

Bakıda iqlimə uyğun ağaclar əkilir

Bakıda iqlimə uyğun ağaclar əkilir

18 Oktyabr 2023, 13:50

Bakıda quraqlığa davamlı və yerli iqlimə uyğun ağaclar əkilir.

 

Bu barədə Modern.az Bakı Şəhər İcra Hakimiyyətindən (BŞHİ) məlumat verilib.

 

Mövsümlə əlaqədar BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxtın müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparır. Son vaxtlar Bakının flora müxtəlifliyi xeyli artırılıb, həmçinin şəhərin iqlim şəraitinə uyğunlaşmış yerli ağac növlərinin də əkilməsi aparılır.

 

Eyni zamanda qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsinə üstünlük veriləcək.

 

Görülən işlər təcrübəli landşaft dizaynerləri və mütəxəssislərin iştirakı ilə aparılacaq.

 

Mövsüm ərzində paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin iqliminə uyğun, xüsusi rəng çalarları ilə seçilən, qırmızı, sarı, ağ rəngdə gülləri ilə şəhərə xüsusi gözəllik verəcək Lənkəran akasiyası, çezalpiniya, jumolas, qlisiniya əkilməsi, yeni formada yaşıllıq güşələrinin yaradılması həyata keçiriləcək.

 

İlkin vaxtda yeni kollar sakinlərimizin daha çox olduqları gəzinti və istirahət yelərində - Mərkəzi, Qış, Atatürk və Nizami parklarında, əsas prospekt və küçələr boyunca əkiləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular