Modern.az

Xaçatryan and-aman elədi: Mən eşşək kimi... 

Xaçatryan and-aman elədi: Mən eşşək kimi... 

18 Oktyabr 2023, 14:08

Meşəli kəndinə hücum edənlər erməni dəstələri olub.

 

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən məhkəmədə Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan deyib. 

 

"Mən bu yaşa çatmışam, hələ bir nəfərə əlimi vurmamışam. Mən azərbaycanlılarla yaxın olmuşam. Əlimi qoyub and içə bilərəm. Mən tutulmuşam, burdayam, ona görə mənim adımı çəkirlər. Mən eşşək kimi işləyib, ailəmi saxlamışam. Kəndi yandıranlar Ermənistandan və xaricdən gələn muzdlular idi. Mən olmamışam. Kənd sakinlərini güllələyən erməni sahə müvəkkili Alik olub. Meşəliyə hücum edənlər bir gün əvvəllər Xankəndində toplaşdılar. Onlar Armais və onun dəstəsi idi", - o deyib.

 

Qeyd edək ki, kənd sakinləri Xaçatryanın Meşəli qırğınlarında iştirak etdiyini bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular