Modern.az

Paşinyan Miyatoviçlə Qarabağ ermənilərini müzakirə etdi

Paşinyan Miyatoviçlə Qarabağ ermənilərini müzakirə etdi

18 Oktyabr 2023, 14:52

Oktyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçi qəbul edib.

Modern.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı həmsöhbətlər Qarabağdan köçən ermənilərlə bağlı vəziyyəti müzakirə ediblər.

Baş nazir xanım Miyatoviçin səfərini alqışlayıb və bunun ortaya çıxan çağırışların və problemlərin başa düşülməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Miyatoviç öz növbəsində qeyd edib ki, onun məqsədi mövcud ehtiyacları, o cümlədən Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi ilə bağlı ehtiyacları qiymətləndirməkdir.

Ermənistan hökumətinin insan hüquqlarının müdafiəsi sahəsində apardığı islahatlar və gələcək ikitərəfli əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular