Modern.az

İrana qoyulan qadağa başa çatır

İrana qoyulan qadağa başa çatır

Dünya

18 Oktyabr 2023, 15:30

BMT-nin ballistik raketlərlə bağlı İrana qoyduğu qadağa bu gün başa çatır.

 

Modern.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Əli Bakıri "X" platformasında açıqlama verib.

 

"BMT Təhlükəsizlik Şurasının 2231 saylı fərmanı çərçivəsində İrana qarşı tətbiq edilən ədalətsiz ballistik raketlərə qarşı tətbiq edilən embarqo oktyabrın 18-də başa çatır. İran artıq BMT Təhlükəsizlik Şurası çərçivəsində heç bir məhdudiyyətə məruz qalmır", - deyə o bildirib.

 

Qeyd edək ki, sözügedən fərman İranın ballistik raket fəaliyyətlərinə qarşı bir sıra sanksiyaları əhatə edir. Sanksiyaların başa çatması İrana ballistik raket fəaliyyətlərində öz inventarını inkişaf etdirmək və yeniləmək imkanı verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi