Modern.az

Yeni dairə seçki komissiyaları TƏŞKİL EDİLDİ

Yeni dairə seçki komissiyaları TƏŞKİL EDİLDİ

Ölkə

18 Oktyabr 2023, 17:08

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçki dairələri üzrə dairə seçki komissiyaları təşkil edilib.

 

 

Modern.az xəbər verir ki, məsələ barədə MSK sədrinin müavinin Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər.

 

MSK-nın sentyabrın 19-da keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri təsdiqlənib.

 

Toplantıda 92 seçki dairəsi üzrə dairə seçki komissiyaları təşkil edilib.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, 33 seçki dairəsi üzrə dairə seçki komissiyalarının adı və sıra sayı dəyişmədiyindən tərkibi olduğu kimi saxlanılıb.

 

Seçki komissiyasının sədri, iki katibi dairə seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçiləcək. dairə seçki komissiyası 9 üzvdən ibarətdir.

 

Seçki komissiyasının sədri, iki katibi dairə seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçiləcək. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.

 

Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama