Modern.az

Rusiya casusları fəallaşıb

Rusiya casusları fəallaşıb

Dünya

18 Oktyabr 2023, 17:46

Almaniyada Rusiya xüsusi xidmət orqanları daha fəallaşıb və hətta öz təxribat fəaliyyətlərində qəddar üsullardan istifadə edirlər.


Modern.az xəbər verir ki, bunu Almaniya əks-kəşfiyyatının rəhbəri Tomas Haldenvanq “Azadlıq” radiosuna müsahibəsində bildirib.


O söyləyib ki, bu fəaliyyət Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də soyuq müharibə səviyyəsinə çatıb və xeyli artıb.

 

Haldenvanqın sözlərinə görə, kəşfiyyat əlaqələr şəbəkəsini inkişaf etdirməyə və məlumat əldə etməyə çalışan klassik agentlərin tətbiqi yolu ilə casusluq hallarını qeydə alır. Onlar, həmçinin casusluq və şantajın bütün mövcud üsullarından istifadə edirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi