Modern.az

XİN rəhbərləri Azərbaycan-Ermənistanı müzakirə edəcəklər

XİN rəhbərləri Azərbaycan-Ermənistanı müzakirə edəcəklər

Aktual

18 Oktyabr 2023, 18:03

Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasında Azərbaycan və Ermənistanla bağlı məsələlər müzakirə olunacaq.

Modern.az APA-ya istinadən xəbər verir ki, barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 23-də Lüksemburqda keçiriləcək Xarici İşlər Şurasının iclasına Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi sədrlik edəcək.

"Şura Rusiyanın Ukraynaya təcavüzünü, təhlükəsizlik öhdəliklərini müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələr ətrafında fikir mübadiləsi aparacaq.

Nazirlər həmçinin, HAMAS-ın İsraildə törətdiyi qəddar və ayrı-seçkiliksiz terror hücumları və Qəzzada baş verən hadisələrdən sonra İsraildə və regiondakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar", - qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular