Rusiyanın məşhur musiqiçisi Stas Naminin (Anastas Mikoyan) kiçik oğlu və qayınanasını kimin öldürdüyü məlum olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisəni musiqiçinin böyük oğlu Artyom Mikoyanın törətdiyi aşkarlanıb.
A.Mikoyan deyib ki, nənəsini və qardaşını onu narkotikdən və vulqar həyat tərzindən əl çəkməyə çağırdıqları üçün öldürüb.
"Stas Naminin böyük oğlu nənəsini və qardaşını vəhşicəsinə öldürdüyünü etiraf edib, çünki ondan narkotik istifadə etməyi və əylənməyi dayandırmasını istəyirmişlər. Saxlanılan şəxs bu barədə dindirmə zamanı danışıb”, - teleqram kanallarının məlumatında bildirilib.
Qeyd edək ki, Stas Namin keçmiş SSRİ-də erməniəsilli dövlət xadimi olmuş türk düşməni Anastas Mikoyanın nəvəsidir.
***
Rusiyanın erməniəsilli məşhur musiqiçisi Stas Naminin oğlu və qayınanası Moskva vilayətinin İstra rayonunun Kryukovo kəndindəki evdə ölü tapılıb.
Modern.az xəbər verir ki, bu barədə bir sıra teleqram kanalları məlumat yayıb.
Qeyd edilir ki, musiqiçinin oğlunun bədənindəki yaralar onların işgəncə ilə öldürüldüyü ehtimalını artırır.
Stas Namin Rusiya rok musiqnisinin məşhur ismi sayılır. O, bir sıra musiqi qruplarının yaradıcısıdır.