Modern.az

"ADY Express" Özbəkistanda beynəlxalq sərgidə iştirak edəcək

Aktual

19 Oktyabr 2023, 10:22

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Express" MMC "TransLogistica Uzbekistan 2023" nəqliyyat və logistika sərgisinə qatılacaq.

 

Modern.az bu barədə şirkətə istinadən xəbər verir.

 

Məlumata görə, sərgi noyabrın 1-3-də Özbəkistanın paytaxtı Daşkənddə - "UzExpoCentre" milli sərgi mərkəzində keçiriləcək.

 

"TransLogistica Uzbekistan", nəqliyyat və logistika sərgisi logistika sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətləri və ekspertləri birləşdirən mühüm tədbirlərdən biri sayılır. Sərgi çərçivəsində "ADY Express", yüklərin nəqli və logistika sahəsindəki öz xidmətlərini təqdim edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular