Modern.az

Təbiətə 16 min manatlıq ziyan vuran şəxsə cinayət işi açıldı

Təbiətə 16 min manatlıq ziyan vuran şəxsə cinayət işi açıldı

Aktual

19 Oktyabr 2023, 11:18

Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsində qanunsuz ağac kəsilməsi faktı üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

 

Şəhər prokurorluğundan Modern.az-a bildirilib ki, araşdırma zamanı məscidin həyətində 60 ədəd müxtəlif cinsli ağac, 9 ədəd fındıq kolunun kökündən çıxarılaraq məhv edilməsi nəticəsində təbiətə 16 min manatdan artıq ziyan vurulması müəyyən edilib.

 

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda ibtidai istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular