Modern.az

ABŞ-ın hərbi gəmisi Aralıq dənizinə gəldi

ABŞ-ın hərbi gəmisi Aralıq dənizinə gəldi

Dünya

19 Oktyabr 2023, 11:34

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Mount Whitney" gəmisi Aralıq dənizinə daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, gəmi Yaxın Şərqdə eskalasiya fonunda ABŞ-ın əməliyyatlarına dəstək verəcək.

 

"Gəmi Aralıq dənizinin şərqinə doğru hərəkət edir. "Blue Ridge" sinfinə daxil olan "USS Mount Whitney" gəmisi ABŞ-ın Aralıq dənizinin şərqindəki əməliyyatlarını dəstəkləmək üçün 2023-cü il oktyabrın 18-də İtaliyanın Qaeta şəhərindən yola düşüb ", - mətbuat xidmətinin bəyanatında deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir