Modern.az

Səfərbərlik Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ

Səfərbərlik Xidmətində işləmək istəyənlərin NƏZƏRİNƏ

Aktual

19 Oktyabr 2023, 12:20

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həkim mütəxəssislər və tibb işçiləri üzrə vakansiya elan edib.

 

Bu barədə Modern.az-a Dövlət Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, həkim-terapevt , həkim-nevropatoloq, həkim-psixiatr, həkim-otorinolarinqoloq, həkim-dermatoveneroloq, həkim-cərrah, həkim-oftalmoloq, həkim-rentgenoloq və texnik USM (ultrason müayinəsi) mütəxəssisi, elektrokardioqrafiya, exokardioqrafiya, elektroensefaloqrafiya-funksional diaqnostika vakansiyalar üzrə müraciət etmək istəyənlər [email protected] elektron poçtuna yaza və ya anket (//exidmet.seferberlik.gov.az/UnregisteredApp.../Create) doldura bilərlər.

 

Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunu yazmaq mütləqdir.

 

Ətraflı məlumat üçün 9100 Çağrı Mərkəzinə zəng vura bilərsiniz.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir