Modern.az

Şimali Koreya lideri Lavrovla görüşdü

Şimali Koreya lideri Lavrovla görüşdü

Aktual

19 Oktyabr 2023, 12:56

Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyada Kim Çen In ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

 

Məlumata görə, görüş 1 saatdan çox davam edib. Lavrov Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui ilə də danışıqlar aparıb.

 

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı cari məsələlər, o cümlədən siyasi təmasların qrafiki ətraflı müzakirə olunub. Hər iki nazir Asiya-Sakit Okean regionunda vəziyyətin gərginləşməsinə səbəb olan ABŞ-ın hegemon ambisiyalarına müqavimət göstərmək əzmində olduqlarını vurğulayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir