Modern.az

"Twitter" Avropada bağlanır?

Dünya

19 Oktyabr 2023, 13:14

X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask Avropa İttifaqının internet platformalarına dair yeni tənzimləmələrinə cavab olaraq xidmətin Avropada bloklanması imkanını nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə "Europen truth" nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, milyarder proqramın Avropa regionunda silinməsi və ya Aİ-də istifadəçilər üçün ona girişin bloklanması imkanlarını müzakirə edib.

 

Bildirilir ki, Mask Aİ-nin Rəqəmsal Xidmətlər Aktına (DSA) əməl etmək zərurətindən getdikcə daha çox məyus olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?