Modern.az

Gələn il Şuşada 90 çarpayılıq xəstəxana istifadəyə veriləcək

Gələn il Şuşada 90 çarpayılıq xəstəxana istifadəyə veriləcək

Aktual

19 Oktyabr 2023, 14:26

Gələn ilin birinci rübündə Şuşada 90 çarpayılıq xəstəxana istifadə veriləcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Müasir Şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" adlı sessiyada bildirib.

 

O qeyd edib ki, Şuşada su, qaz, elektrik şəbəkələri müasir tələblərə uyğun qurulur. Bundan başqa, Şuşadakı 15 tarixi abidənin bərpası prosesi başa çatıb. “ASAN xidmət”in fəaliyyət göstərəcəyi binanın bərpası işinin böyük hissəsi isə tamamlanıb.

 

A.Kərimov bildirib ki, Şuşada çox sayda otel və ticarət mərkəzinin tikintisi işi aparılır. Paralel olaraq şəhərin qədimliyi nəzərə alınmaqla, bərpa işləri xüsusi dəqiqliklə görülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular