Modern.az

"Baydenə ayaqqabı atan hər kəsə hədiyyə verəcəm"

Dünya

19 Oktyabr 2023, 15:08

Bağdadda ABŞ-ın keçmiş prezidenti Corc Buşa ayaqqabı atması ilə tanınan iraqlı jurnalist Muntazar əl-Zeydi Co Baydenə eyni şeyi edə bilən hər kəsə hədiyyə verəcəyini bəyan edib.

 

Modern.az xəbər verir ki, o, bunu "X" platformasında bəyan edib.

 

Muntazar əl-Zeydi 2008-ci ildə İraqa səfər edən ABŞ-ın sabiq prezidenti Corc Buşa ayaqqabı atıb. O, bu hərəkətinə görə 9 ay həbsdə qalıb. 2011-ci ilə qədər isə ölkə xaricində yaşayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir