Modern.az

Belarusun Abxaziyanı tanıması istiqamətində iş gedir - Baş separatçı

Belarusun Abxaziyanı tanıması istiqamətində iş gedir - Baş separatçı

19 Oktyabr 2023, 15:36

Belarus Gürcüstanın ərazisi kimi tanınan separatçı Abxaziyanın dövlət müstəqilliyini tanıya bilər.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu qondarma qurumun prezidenti Aslan Bjaniya söyləyib.

 

O bildirib ki, hazırda bu istiqamətdə müvafiq iş aparılır.

 

"Abxaziyanın müstəqilliyinin Minsk tərəfindən tanınması barədə danışmaq hələ tezdir, lakin bu istiqamətdə iş gedir", - Bjaniya bildirib.

 

Qeyd edək ki, 90-cı illərdə yaradılmış Abxaziyanı 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya, eləcə də Suriya kimi bir sıra Moskvayönümlü ölkələr tanıyıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu