Modern.az

3+3 platforması reallaşacaqmı... - Gürcüstanın mövqeyi dəyişə bilər

3+3 platforması reallaşacaqmı... - Gürcüstanın mövqeyi dəyişə bilər

Aktual

20 Oktyabr 2023, 15:52

Azərbaycan və Türkiyənin təşəbbüsü ilə regionun gələcəyini müzakirə etmək üçün yaradılan "3+3" platforması ilə bağlı müzakirələr son günlər artıb. Tezliklə İranda bu formatda görüşün keçirilməsi planlaşdırılır. Məqsədi region ölkələrini bir platformada birləşdirməklə bölgədə daimi sabitliy və əməkdaşlığı təmin etmək olan platforma digər qüvvələrin də marağındadır.

 

Tərkibində altı region ölkəsi - Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan olan platformanın təməli İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan reallıqlar əsasında qoyulub. Amma bu platforma daxilində üzv ölkələrin bir-birinə qarşı skektik yanaşmaları müşahidə edilirdi.

 

Belə ki, Azərbaycanla Ermənistan arasındakı gərginlik, İranın Azərbaycana qarşı münasibəti və Rusiya ilə Gürcüstan arasında olan problemlər buna nümunədir. Amma Azərbaycan və Ermənistan arasında Qarabağ məsələsi tam həll olunduqdan sonra platforma yenidən güündəmə gəlib. İran, Rusiya, Ermənistan kimi üzv dövlətlər artıq bununla bağlı müsbət siqnallar verir.

 

Bir müddət əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. İran hesab edir ki, “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.

 

Bu məsələ İran və Rusiya arasında da müzakirə olunub və müsbət nəticələr əldə edillib. Bununla bərabər Ermənistan baş naziri Nikol Paşinyan da İrəvanın "3+3" formatında görüşlər keçirməyə hazır olduğunu bildirib.

 

Gürcüstan isə platforma ilə bağlı yeni açıqlama verməyib. Belə ki, Gürcüstanın müsbət siqnallar verməsinin əsas səbəbi Rusiya ilə Gürcüstan arasındakı münasibətlərdir. Belə ki, rəsmi Tbilisi Moskva ilə eyni platformada təmsil olunmaq istəmir. Buna əsas səbəb kimi isə Abxaziya və Cənubi Osetiyanın işğalı göstərilir.

 

Proseslərin gedişi onu göstərir ki, platforma yenidən bərpa olunacaq, amma Gürcüstanın necə reaksiya verəcəyi maraq doğurur.

 

Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze Modern.az-a bildirib ki, Gürcüstanın bununla bağlı Qərb qarşısında öhdəlikləri var:

 

“Bildiyiniz kimi, Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu verilməsi ilə bağlı gözlənilən qərar var. Bununla da Gürcüstanın Qərb qarşısında öhdəlikləri formalaşır. Belə hesab edirəm ki, bununla platformaya daxil olmasını gözləmək olmaz.  Amma ola bilsin ki, Gürcüstanın mövzuya münasibəti dəyişsin. Əgər digər problemlər həll olunarsa, müsbət bir şey gözləmək olar. Gürcüstanın Azərbaycanla əlaqələri yüksəkdir. Biz bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik".

 

Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov saytımıza açıqlamasında Rusiyanın platformanın açılmasında maraqlı olduğunu bildirib.

 

“Rusiyanın platformanın fəaliyyət göstərməsinə münasibəti müsbətdir. Burada bir neçə məqam var, onları nəzərə almaq lazımdır. Platforma həqiqətən də region ölkələrin inkişafına şərait yarada bilər. Belə ki, buradan əsas yararlanan ölkələrdən birincisi Ermənistan olacaq. Bu da onun zəifləmiş iqtisadiyyatının güclənməsinə şərait yarada bilər. Rusiya da region ölkələrin inkişafında maraqlıdır. Gürcüstana gəldikdə isə bu platformada iştirak etməməsi gözləniləndir. Hazırda Gürcüstan Qərbə intiqrasiya üçün çalışır”, - o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi