Modern.az

Bu il 31 ölkədə vəba epidemiyası qeydə alınıb - ÜST

Bu il 31 ölkədə vəba epidemiyası qeydə alınıb - ÜST

Aktual

20 Oktyabr 2023, 08:36

Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb və bu, dünyada təxminən bir milyard insanı xəstələnmək riski ilə üz-üzə qoyub.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

 

O deyib: “Biz bu xəstəliyə çoxdan qalib gəlməli idik, amma, əslində o, artır”.

 

ÜST rəhbəri qeyd edib ki, 2022-ci ildə vəba ilə bağlı xəbərlərin sayının 2021-ci ilə nisbətən iki dəfə artıb və bu il daha da pis olacaq.

 

“Hazırda ən çox narahatlıq doğuran vəziyyət Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya və Zimbabvedədir”, - deyə Qebreyesus əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular