Modern.az

İsrail Livanla sərhəddə yerləşən şəhəri təxliyə edir

İsrail Livanla sərhəddə yerləşən şəhəri təxliyə edir

Dünya

20 Oktyabr 2023, 11:12

İsrail hakimiyyəti Livanla sərhəddə yerləşən Kiryat Şmona şəhərinin sakinlərini təxliyə etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri öz "Telegram" kanalında məlumat yayıb.

 

Məlumata görə, planı müdafiə naziri Yoav Qallant təsdiqləyib. Proqram yerli hakimiyyət orqanları, Turizm Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən idarə olunacaq. 

 

Məlumatda qeyd olunur ki, Kiryat Şmona sakinləri dövlət tərəfindən maliyyələşdirilən hotellərə köçürüləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir