Modern.az

Lalə Şövkətdən Cəmil Həsənli barədə çağırış...

Lalə Şövkətdən Cəmil Həsənli barədə çağırış...

Ölkə

29 Avqust 2013, 10:44

Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənliyə dəstək verib. Bu barədə Modern.az saytına açıqlama verən ALP sədri Əvəz Temirxan Lalə xanımla bu məsələni müzakirə etdiyini və Cəmil Həsənliyə dəstək olacaqlarını bildirib:

“Lalə xanımla da bu barədə danışmışıq, müzakirəmiz olub. Lalə xanımın mövqeyi Milli Şuranın birliyini qorumaq idi. Əgər Rüstəm bəyin namizədliyində problem yaransaydı, Cəmil bəyi dəstəkləməkdə problem yoxdur. Cəmil bəy artıq ehtiyat deyil, vahid namizəddir. Biz də ona uğurlar diləyirik”-deyə qeyd edən Ə.Temirxanın sözlərinə görə, Lalə Şövkət öz tərəfdarlarını Cəmil Həsənliyə dəstək olmağa çağıracaq.

“Liberal Partiyasının üzvlərini, tərəfdarlarını Cəmil Həsənliyə səs verməyə çağıracağıq. Gələn ayın 15-dən sonra”.

ALP sədri daha sonra Milli Şuranın nə üçün Cəmil Həsənlini seçdiyi barədə də danışıb. Ə.Temirxan Milli Şurada təmsil olunan digər müxalifət liderlərinə sərt mesaj ünvanlayıb.

“Milli Şurada heç bir narazılıq yox idi. Bunu sadəcə olaraq ACP-yə, ALP-yə, KXCP-yə, “El” hərəkatına düşməncəsinə yanaşan bəzi çevrələr eləmişdi.  Biz düşünürdük ki, əgər vahid namizəd Rüstəm İbrahimbəyovla irəli gedə bilmiriksə, onda siyasi liderlərdən birinin vahid namizədliyi ilə prosesə qoşulaq. Təəssüf ki, bəzi siyasi liderlər digər siyasi liderlərdən birinə öz namizədliyini güzəştə getməyə hazır olmadığından biz müraciət etməli olduq ziyalıya. Bu da Cəmil bəy oldu. Ona təşəkkür edirik ki, namizəd olmağa razılıq verdi”-deyə partiya sədri vurğulayıb.

Anar RÜSTƏMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi