Xəbər verildiyi kimi, Baş nazir Əli Əsədovun imzaladığı qərarla noyabr ayı üçün iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.
Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov noyabrda şagirdlərin neçə gün dərsdən kənarda qalacağını hesablayıb.
“Şagirdlərimiz noyabr ayında demək olar ki, dərsə getməyəcək. Belə ki, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Bundan sonra isə 5 gün payız tətili (16-20 noyabr) olacaq.
5 günlük məktəblərdə təhsil alan şagirdlər 30 günlük noyabr ayında cəmi 14 gün dərsə gedib, 16 gün istirahət edəcəklər.
İtirilmiş dərslərin bərpası (hər fənn üzrə azı 4 paraqraf) müəllimlərə və şagirdlərə əlavə yük olacaq”, - ekspet deyib.