Modern.az

Türkiyənin F-16 qırıcıları Azərbaycanda - FOTO

Türkiyənin F-16 qırıcıları Azərbaycanda - FOTO

20 Oktyabr 2023, 14:00

"Mustafa Kamal Atatürk - 2023" təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 təyyarələri oktyabrın 20-də ölkəmizə gəlib.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama